Newscenter.az.22.05.2019. “Bərəkət” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə “İstehsal və xidmət sahələrini əhatə edən sahibkarlıq mühitinin inkişafı məqsədilə tədbirlərin təşkili” layihəsini həyata keçirir. Birlik layihənin icrasına 2019-cu il mayın 1-dən başlayıb.
Newscenter.az xəbər verir ki, Salyan rayonunun Qarabağlı kəndində həyata keçiriləcək layihə çərçivəsində kənddə yaşayan sahibkarlarla maarifləndirici seminarların təşkil olunması planlaşdırılır.
Qeyd edək ki, “Bərəkət” İB bundan əvvəl də bir neçə uğurlu sosial-iqtisadi və ictimai yönümlü maarifləndirici layihə həyata keçirib.