Newscenter.az.23.05.2019. Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib. Newscenter.az-a daxil olanməlumata görə, energetika naziri Pərviz Şahbazovun və Böyük Britaniyanın Ticarət Siyasəti üzrə dövlət naziri Corc Hollinqberinin həmsədrliyi ilə keçirilmiş iclasda hər iki ölkənin komissiyada təmsil olunan müvafiq qurumlarının rəsmiləri iştirak ediblər.
İclasda iqtisadiyyat, ticarət, enerji, vergi və gömrük, kənd təsərrüfatı, qida təhlükəsizliyi, rabitə və yüksək texnologiyalar, nəqliyyat,kosmik, elektron hökumət və rəqəmsal dövlət xidmətləri, təhsil, səhiyyə, turizm, mədəniyyət, gənclər və idman, ekologiya, hərbi və təhlükəsizlik sahələrində mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib.
İclasda çıxış edən Hökumətlərarası Komissiyanın həmsədri, Energetika naziri Pərviz Şahbazov Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələr barədə məlumat verərək, ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın olduğunu vurğulayıb. Bildirilib ki, iki ölkə arasında ötən il ticarət dövriyyəsi 61,1 %, cari ilin 3 ayı ərzində isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 89,6 % artıb. Hazırda Azərbaycanda 437 Britaniya sərmayəli şirkət fəaliyyət göstərir vəbu ölkə tərəfindən Azərbaycan iqtisadiyyatına, təxminən,28 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ticarət Siyasəti üzrə dövlət naziri Corc Hollinqberi isə ölkəsinin Azərbaycanla çoxşaxəli əlaqələrinin inkişafında maraqlı olduğunu və bu məqsədlə,birgə fəaliyyətin mühüm rol oynayacağını söyləyib.
Iclasın sonunda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın Ticarət Siyasəti üzrə dövlət naziri Corc Hollinqberiimzalayıb. Komissiyanın 4-cü iclasının 2020-ci ildə Bakıda keçirilməsi razılaşdırılıb.