Newscenter.az.23.05.2019. “Əli Kərimli İsgəndər Həmidovun xəstəliyindən başlayıb sonra Azərbaycan Xalq Hərəkatı üzvlərinin həbsindən bəhs etdən bir status paylaşıb. Altına da İsgəndər bəylə xəstəxanadan şəklini qoyub. Hansı ki, xəstə olan İsgəndər bəy ayaq üstədi, sapasağlam Əli bəy əyləşib. Buna deyərlər e, xəstə ziyarəti, Əli bəy qayğısı”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Rəsulzadə bələdiyyəsi sədrinin köməkçisi Jalə Tofiqqızı səsləndirib:
“Nə hikmətdirsə ki, İsgəndər Həmidov xəstələnən, ölkədən çıxan kimi Əli Kərimlinin AXH üzvlərinə qayğıkeşliyi artdı. Deyəsən, Milli Şura elektorat qıtlığı yaşayır, özünə yeni tərəfdarlar axtarışındadı. Digər tərəfdən AXH İdarə Heyətinin üzvləri İsgəndər Həmidov ölkədə olmadığı üçün niyə həbs olunmalıdır? Yaxud həbs olunanlar niyə təmsil olunduqları AXH-na deyil, məhz Əli Kərimliyə müraciət edirlər?”
Jalə Tofiqqızı daha sonra iki məqama diqqət çəkib:
“Statusda yazılır: "Partiyadaşları hesab edir ki, onlar “bandotdel”dә saxlanılırlar". "Partiyadaşları hesab edir" nə deməkdi? Nə vaxtdan fərziyyə 100 faizlik həqiqət olub? Və son olaraq. Şirvan şəhərindən olan 14 yaşlı yeniyetmə Əli Kərimlini hardan tanıyır və ona niyə yazır? Yaxınında olan doğmaca əmisinə, dayısına dərdini demir, amma kilometrlərlə uzaqda olan, elə bir o qədər də yad olan AXCP sədrinə müraciət edir? Bununla özünə "ümid yeri" obrazı yaratmağa cəhd edən Əli Kərimli yaddan çıxarır ki, yetkinlik yaşına çatmayan fərdin siyasi oyunlara cəlb olunması ən azı siyasi hoqqabazlıqdır”.
Inqilab