Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fuad Abbasovla bağlı Putinə müraciət edildi.

Fuad Abbasovla bağlı Putinə müraciət edildi.


Newscenter.az.23.05.2019. Beynəlxalq Diaspor Mərkəzi və İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin birgə təşəbbüsü ilə Azərbaycanlı jurnalist Fuad Abbasova qarşı Moskva şəhərində törədilmiş zorakılıq hadisəsi ilə bağlı bu gün Beynəlxalq Mətbuat Mərkəzində ictimai müzakirə keçirilib.

Newscenter.az xəbər verir ki, BDM sədri İsmayıl Ağayev tədbiri giriş sözü ilə açaraq Fuad Abbasova qarşı həyata keçirilən təzyiqdən danışdı. Müəyyən addımların atılmasının zəruri olduğunu bildirdi. Tədbirdə iştirak edən Fuad Abbasovun anası Billur xanım çıxış edərək Fuadın hüquqlarının qorunmasının zəruriliyini qeyd etdi. O bildirdi ki, Fuad Abbasov təkcə mənim yox, bütün Azərbaycan xalqının övladıdır. Daha sonra tədbirdə çıxış edən İSBAM sədri Samir Adıgözəlli Moskvada Fuad Abbasova qarşı törədilən hərəkətlərin beynəlxalq hüquq normalarına zidd olduğunu qeyd edərək bütün Azərbaycan cəmiyyətini onu müdafiəyə çağırdı. Beynəlxalq İnsan Hüquqları Müdafiə Komitəsinin Asiya Departmentinin rəhbəri Firdovsi Ələkbərov çıxışında Fuada qarşı törədilən qanunsuz əməlləri əhatə edən faktların beynəlxalq təşkilatlara çatdırılmasının vacibliyini qeyd etdi.

İSBAM sədrinin müşaviri Yasəmən Möhübbətqızı çıxış edərək Fuad Abbasova qarşı törədilən qanunsuz əməllərin arxasında erməni izinin durduğunu bildirdi. Daha sonra müzakirələrdə ictimai fəallar Rizvan Talıbov, Mərcan Şahbuzlu, Elçin Axundzadə, İsmayıl Zalov, Arif Məhərrəmov, Talıb Əhədov, Rəşid Mahmudov, Ramin Hacılı, Rəsmiyyə Aydın, Çingiz Bayramov, Kəmalə Musazadə, Yeganə Məmmədova və başqaları çıxış edərək Fuad Abbasova qarşı rus polisi tərəfindən həyata keçirilən qanunsuz əməlləri qınadılar. Tədbirin sonunda Fuad Abbasovun atası Malik Abbasov oğlunun müdafiəsinə görə tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Tədbir iştirakçıları adından Rusiya prezidentinə, Rusiya ombudsmanına müraciətlər qəbul edildi.
Xəbəri paylaş