Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Mxitaryan futbol oynaya bilər, amma siyasətdə sadəcə alətdir" - Səbuhi Abbasovdan videomüraciət

"Mxitaryan futbol oynaya bilər, amma siyasətdə sadəcə alətdir" - Səbuhi Abbasovdan videomüraciət


Newscenter.az.23.05.2019. İctimai fəal, 7 news.az saytının rəhbəri Səbuhi Abbasov Bakıda keçiriləcək UEFA-nın final qarşılaşması ərəfəsində yayılan bəzi neqativ fikirlərlə əlaqədar videomüraciət ünvanlayıb.

Newscenter.az xəbər verir ki, videomüraciətdə deyilir:

Cəmi 1 həftə sonra Bakıda dünyanın 2 güclü futbol komandası üz-üzə gələcək. Çox təəssüf ki, bu bir idman yarışı olsa da daha çox siyasi platformanı xatırlatdı mənə. Bəli, mən futbolu sevmirəm, oynaya da bilmirəm. Amma siyasi meydanda istənilən kəslə həm futbol, həm də basketbol oynaya bilərəm. Bir çoxları dedilər ki, Bakı təhlükəli şəhərdir. Birinci elə bundan başlayım.

1) Bakıda yüzlərlə beynəlxalq biznes və siyasi təşkilatların ofisi var. Onların rəyi araşdırıldımı?

2) Bakıda 30 mindən artıq erməni yaşayır. Burada erməni kilsəsi var. Bu barədə araşdırma aparmısınızmı?

3) Ermənistanda, bir nəfər də olsun azərbaycanlı yoxdur, işğal olunan Dağlıq Qarabağda bütün qəbirlərimiz, evlərimiz, məscidlərimiz darmadağın edilib. Bu vandalizm barədə niyə danışmırsınız?

4) Azərbaycanda çoxmillətli dövlətdir. Məscidlər, kilsələr, sinaqoqlar tolerant mühitdə fəaliyyət göstərirlər.

5) Bir dəfə də olsa Xocalıda törədilən soyqırımla bağlı araşdırma apardınızmı? Yüzlərlə körpə, qadın, qoca sırf türk olduqları üçün diri-diri qətlə yetirilib. Mixtaryan bunları bilmirmi?

6) 1 milyondan artıq insan qaçqındır, öz doğma evlərindən didərgin düşüblər, bu barədə məlumatınız varmı?

7) Öz atalarının qəbirlərini ziyarət etmək istəyən Dilqəm və Şahbazı niyə əsir kimi hələ də saxlayır və işgəncə verir ermənilər?

Və sonda. 3 yaşım olanda doğulduğum Göyçə mahalından didərgin düşdüm. Yaxınlarımı, həyətdə oynadığım balaca dostlarımı Mixtaryannın atası, babası qətlə yetirib. Bu barədə bilirsinizmi?

Mixtaryan futbol oynaya bilər, amma siyasətdə sadəcə alətdir, öz xalqına çox böyük zərbə vurdu. Çünki biz sülh istəyirik, biz sadəcə olaraq öz tarixi torpaqlarımıza geri dönmək, regionda sabitlik istəyirik. Mixtaryan isə əksini istəyir. Məhz bu istəyə görə erməni xalqı illərdir ancaq itirir. Həm maddi, həm də mənəvi.

Demək istədiyim budur ki, Azərbaycanda sabitlik ən yüksək səviyyədədir. Cənubi Qafqazda isə sabitlik erməni işğalçılarına görə ciddi təhlükədədir.

Dəyərli Arsenal və Çelsi azarkeşləri. Bakı sizi gözləyir...
Səbuhi ABBASOV
Xəbəri paylaş