Newscenter.az.23.05.2019. “Bir zamanlar yaşlı məmurların vəzifədən getmələrini arzu edənlərdən biri də mən olmuşam. Düşünürdüm ki, yaşlı nəsli gənclər əvəz edərsə idarəetmə daha çevik olar. Deyəsən yanılmışam”.
Newscenter.az xəbər verir ki, bu fikirləri “Hilal” Sosial Araşdırmalar İctimai Birliyininn sədri Arzuman Abdulkərimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblıya irad olaraq səsləndirib:
“Allah yaşlı məmurların ölənlərinə rəhmət etsin, heç olmasa insanların salamını alırdılar. Yeni nəsil isə daha təkkəbbürlü imiş. Belə ki, iki gündür Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov cənaba messencer vasitəsi ilə salam yazaraq, onlarla əməkdaşlıq etmək istədiyimi bildirmişəm. Təəssüflər olsun ki, müəllim salamımı görüb, amma hələ də almayıb. Hörmətli Fazil müəllim mən “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədriyəm. İşim bilavasitə sosial problemlərlə məşğul olmaqdır.
Amma buna baxmayaraq aktiv şəkildə ictimai fəaliyyətlə də məşğul oluram. Belə başa düşdüm ki, siz mənim salamımı almırsınızsa, demək narazı vətəndaşları görməyə ümumiyyətlə vaxt tapa bilmirsiniz. Yəqin başınız nazirliyin qarşısına gələn narazı insanların problemlərini “həll etməyə” qarışıb. Yeri gəlmişkən, siz həm də nazirliyin ictimaiyyətlə əlaqələr siyasətini həyata keçirməyə cavabdehsiniz. Salam Allah salamıdır”.