Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tovuzda sahibkarlarla görüş keçirilib

Tovuzda sahibkarlarla görüş keçirilib


Newscenter.az.23.05.2019. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bölgələrdə sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir. Növbəti tədbir Tovuz və ətraf rayonlardan olan sahibkarlarla keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə Agentlik tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin sahibkarlara qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida məhsullarının, baytarlıq və fitosanitar nəzarətində olan yüklərin idxal-ixracına dair tələblər və bu sahədə dövlət nəzarətinin həyata keçirilməsi barədə geniş məlumat verilib.

Tədbirdə heyvan kəsimi fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi kimi məsələlərin vacibliyi iştirakçıların diqqətinə çatdırılıb.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və onların problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.
Orxan
Xəbəri paylaş