Newscenter.az.23.05.2019. Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "Report"a bildirilib ki, Yevlax rayonunun Xaldan qəsəbəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 25 nəfər qəzaya düşüb:
"Onlardan 2-si hadisə yerində keçinib, müxtəlif xəsarətlər almış 21 nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına, 2 nəfər isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yevlax Rayon Mərkəzi Xəstəxanasında 21 nəfərə tibb müəssisəsinin müvafiq bölmələrində yardım göstərilir. Onlardan 2-si reanimasiyadadır, 1-nin vəziyyəti ağır, digərinin isə durumu orta-ağır qiymətləndirilir.
Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində xəsarət alanların çoxu tələbədir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilən 2 nəfərin sağlamlıq durumu normaldır".
Qəza nəticəsində 2 nəfər - 2006-cı il təvəllüdlü Sevindik Tamerlan oğlu İmanzadə hadisə yerində, 20 yaşlı Sadət Müzəffər qızı Musayeva isə xəstəxanada ölüb.
Qəza nəticəsində mikroavtobusda olan 20-dən çox sərnişin xəsarət alıb.
Yaralılar:
Nəsibli Ülviyyə Ədalət qızı (2000)
Məmmədova Nigar Azər qızı (1999)
Məmmədova Rüfanə Hüseyn qızı (1993)
Cəbrayılov Elzamin Pərviz oğlu (2003)
Qədirli Afət Seymur qızı (2002)
Nəcəfli Aygün Azər qızı (2002)
Həsənov Ümüd İsmayıl oğlu (2001)
İmanova Gülər Adil qızı (1982)
Əkbərov Əziz Əkbər (2001)
Cəfərova Fizzə Mahmud qızı (1959)
Hüseynova Aynurə Adil qızı (1977)
Şəhriyarov Xüdaverdi Qəmbər (1967)
Alıxanov Elşən Röşən oğlu (2000)
Şahmali İlahə Ramil oğlu (2001)
Məmmədli Aygül Azər qızı (1994)
Behbudov Murad Hüseyn oğlu (2002)
Məmmədova Gülər Vidadi qızı qızı (1989)
Ibrahimov Şəhlar Abbas oğlu (1999)
Yaralıların müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.