Newscenter.az.24.05.2019. Mayın 24-də gün ərzində Nəsimi rayonunun 1-5-ci mikrorayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə məlumat Newscenter.az-a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, buna səbəb Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulmasıdır.