Newscenter.az.26.05.2019. "Azəriqaz" İstehsalat Birliyində struktur və kadr dəyişikliyi baş verib.
Bu barədə Neftçilərin Hüquqları Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.
Onun sözlərinə görə, "Azəriqaz" İB-də Baş direktorun innovasiyaların tətbiqi üzrə müavini vəzifəsi ixtisara salınıb: "Bununla da həmin müavin postunda 10 ildən çoxdur işləyən Fikrət Sucayev də vəzifədən çıxarılıb".
Xatırladaq ki, Fikrət Sucayev YAP Xətai rayon təşkilatının sədri, deputat Hüseynbala Mirələmovun bacısı oğludur. (mia.az)