
"Mədəniyyət beşiyimiz olan Şuşa şəhəri erməni işğalçılarından təmizləndikdən sonra artıq 6 ildir davamlı olaraq tarixinin ən izdihamlı günlərini yaşayır. Yenilənən Şuşa zaman - zaman nüfuzlu siyasi simaları qəbul etməklə, eyni zamanda Qlobal Media Forumu kimi əhəmiyyətli tədbirlərin keçirildiyi məkan olaraq inamla dünyanın aparıcı mədəni-siyasi beyin mərkəzlərindən birinə çevrilir. Sözsüz ki, mövcud müsbət dinamikanın nüvəsində məhz dövlət başçısı Prezident İlham Əliyevin və ölkə diplomatiyasının düşünülmüş strateji yanaşmaları öz əksini tapır".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizadə deyib. O qeyd edib ki, bir qayda olaraq müasir dövrdə ölkənin siyasi - iqtisadi gücü ilə yanaşı, informasiya müstəvisində gördüyü işlər, informasiya axınına verdiyi çevik reaksiya əsas meyarlardan biri kimi qəbul edilir:
"Biraz keçmişə qayıtsaq son 35 ildə yaşadığımız iki böyük müharibə və hər ikisinin arasındakı informasiya fərqliliyi, yəni, informasiya savaşına hazırlıq dərəcəsi bunun əyani sübutudur. Bu baxımından ayrı-ayrı dövlətlərin qabaqcıl media quruluşlarını bir platformada cəmləşdirmək olduqca işlək bir mexanizmin faydalı iş əmsalıdır".
Pərviz Mirizadə qeyd edib ki, Azərbaycan bu gün siyasi-iqtisadi əlaqələrini genişləndirməklə paralel informasiya sahəsində əməkdaşlıq imkanlarını da artırır:
"Yəni, bu tip tədbirlərin davamlı olaraq işğaldan azad olunmuş torpaqlarda keçirilməsi siyasi əhəmiyyətlə yanaşı, məhz işğal və fəth arasındakı fərqin dünya ictimaiyyətinə çatdırılması kontekstində olduqca vacib nüansdır. Tarixi gedişatı nəzərə alsaq bir qayda olaraq qələbə qazanmaqla yanaşı, qazanılan qələbəni təsdiq etmək də mühim məsələlərdən biri olub Şuşa şəhərinin, eyni zamanda digər işğaldan azad olunmuş şəhərlərimizin mütəmadi olaraq mühim görüşlərə ev sahibliyi etməsi hələ də Zəfərimizi həzm ehməyən qüvvələrin üzünə vurulan tərs şillədir".
O bildirib ki, Azərbaycan tarixi zəfər qazanıb, regionda yeni geosiyasi reallıqlar formalaşdırıb və indi isə uğurla yeni reallıqların daimi düzənə transformasiyasın həyata keçirir:
"Forum çərçivəsində Prezident İlham Əliyev günümüzdə hərkəsi düşündürən vacib məqamlara olduqca aydın və əhatəli şərhlər verdi. İstər Rusiya - Ukrayna müharibəsi, istər qlobal enerji və ticarət məsələləri, istərsə digər istiqamətlər. Hər bir cavab mahiyyət etibarilə reallıqları təsvir etmək baxımından strateji məna daşıyır. Dövlət başçısı bu illər ərzində görülən işləri qeyd etməklə əslində hər kəsə riskləri fürsətə çevirməyin formulunu təqdim etdi. Bir sözlə, IV Şuşa Qlobal Media Forumu rəsmi Bakının növbəti diplomatik uğuru kimi yaddaşlara həkk olundu".
Süleyman











































