Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşadan dünyaya yeni çağırış

Şuşadan dünyaya yeni çağırış


​"Azərbaycanın mədəniyyət paytaxtı, tarixi Şuşa şəhəri növbəti dəfə qlobal miqyaslı mötəbər bir tədbirə ev sahibliyi edib. 13 iyul 2026-cı il tarixində start götürən IV Şuşa Qlobal Media Forumu bu il “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunub. Forumun rəsmi açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq media nümayəndələrinin qarşısında geniş və konseptual çıxış edərək, həm regionun yeni geosiyasi reallıqlarına, həm də qlobal informasiya məkanındakı çağırışlara aydınlıq gətirib".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Nərmin Səmədova deyib. O bildirib ki,​Prezident İlham Əliyev öz çıxışında Şuşanın və bütövlükdə Qarabağın bərpa prosesinə xüsusi toxunub:

"Dövlət başçısı xarici jurnalistlərin hər il bu regiona səfər edərək dinamik dəyişikliklərin canlı şahidi olduqlarını vurğulayıb. ​Prezident çıxışında müasir medianın qarşılaşdığı ən ciddi problemlərdən birinə – dezinformasiya və etimad böhranına toxunub. İnformasiyanın heç vaxt olmadığı qədər sürətlə yayıldığı bir dövrdə həqiqəti qorumağın və etimadı bərpa etməyin çətinləşdiyini bildirən ölkə rəhbəri, Azərbaycanın uzun illər boyu xarici media tərəfindən qərəzli və əsassız hücumlara məruz qaldığını qeyd edib".

Nərmin Səmədovanın sözlərinə görə, ​IV Şuşa Qlobal Media Forumu bir daha sübut etdi ki, Şuşa artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də qlobal humanitar, siyasi və media dialoqlarının aparıldığı beynəlxalq mərkəzdir:

"Prezident İlham Əliyevin forumdakı açıq, cəsarətli və dərin arqumentlərə əsaslanan çıxışı Azərbaycanın sülhə, ədalətə və beynəlxalq əməkdaşlığa sadiqliyini növbəti dəfə bütün dünyaya nümayiş etdirdi".

Anar
Xəbəri paylaş