Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşa görüşü ikitərəfli əlaqələrə yeni töhfələr verir

Şuşa görüşü ikitərəfli əlaqələrə yeni töhfələr verir



İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Qeyd etmək istərdim ki, Azərbaycan ilə Slovakiya arasında münasibətlər qarşılıqlı hörmətə, etimada və faydalı əməkdaşlığa əsaslanır. İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ildə qurulmuş, sonrakı dövrdə siyasi dialoq və iqtisadi əməkdaşlıq ardıcıl şəkildə inkişaf etmişdir. Prezident İlham Əliyevin 2004-cü ildə Slovakiyaya rəsmi səfəri ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəlməsində mühüm rol oynamışdır.
Ölkə başçısı mətbuata bəyanatı zamanı vurğulamışdır ki, Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. 2024-cü ildə biz strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalamışıq və bəyannamənin icrası göz önündədir. Çünki belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir.
Həmçinin ölkə başçısı çıxışı zamanı Slovakiyanın Qarabağın bərpası prosesində fəal iştirakını yüksək qiymətləndirərək bunu iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirmişdir. Görüş zamanı iqtisadiyyat, energetika, hərbi-texniki əməkdaşlıq və digər prioritet sahələr üzrə geniş fikir mübadiləsi aparılmış, gələcəkdə birgə layihələrin daha da genişləndirilməsi istiqamətində qarşılıqlı iradə ifadə olunmuşdur. Dövlət başçısı Slovakiya Prezidenti Peter Pelleqrinin Qarabağa səfərinin və bölgədə həyata keçirilən bərpa-quruculuq işləri ilə yaxından tanış olmasının iki ölkə arasında səmimi münasibətlərin, qarşılıqlı etimadın və əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulamışdır.

Fərid Hacıbəyli
YAP Yevlax rayon təşkilatının əməkdaşı
Xəbəri paylaş