Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Trampın antiqlobalist siyasətində Çin faktoru

Trampın antiqlobalist siyasətində Çin faktoru


Newscenter.az.26.05.2019. ABŞ prezidenti Donald Trump bu gün BMT səviyyəsində təbliğatı genişlənən iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində bütün kompaniyalara qarşı çıxır.Trump iqlim dəyişiklikləri ilə bağlı Paris paktından da ayrıldı .Həmçinin ABŞ lideri 1987-ci ildə SSRİ ilə imzalanan "İNF-strateji ballistik raketlərin qadağan olunması müqaviləsindən" də çıxdı. Trump liberal siyasətdən proteksionizmə istiqamətlənir. Bütün bunların arxasında məhz Çin faktoru dayanır. ABŞ lideri qeyd edir ki, iqlim dəyişiklikləri ilə bağlı pakta mən qoşulduqda, Pekin sürətlə sənayəsini genişləndirir, özünün struktur-ekspansionist siyasəti naminə heç bir iqlim dəyişikliklərinə nəzərə almır. Baxmayaraq ki, Pekin Paris paktının əsas tərafdaşlarından biridir. Hətta mart ayında AB-la Çin arasında qəbul edilən xüsusi sənəddə Pekin əsas tərafdaş dövlət kimi təsbit edilir. Lakin bununla yanaşı, Çin özünün struktur ekspansiyasından imtina etmək istəmir və sənayəsini sürətlə genişləndirir. Trump həmçinin tələb edir ki,Çində Rusiya və ABŞ-la bərabər strateji ballistik raketlərin qadağan olunması istiqamətində müqavilə imzalamalıdır. Trumpın "İNF" -dən çıxmasının ən əsas səbəbi məhz Çinin bu müqavilədən kənar qalaraq özünün ballistik raket sənayəsini, nüvə arsenalını genişləndirməsidir. Lakin Rəsmi Pekin ABŞ-ın bu tələbinə riayyət etmiyəcəyini və İNF-ə qoşulmayacağını qeyd edir.

İndiyə qədər ABŞ qlobalistləri Çinə böyük faydalar verib. Məhz ABŞ qlobalistlərinin sahəsində Çin böyük dividentlər əldə edib. Bu baxımdan Çin 2020-ci il seçkilərində demokratların ağ evə qayıtmasını istəyir. Çünki Demokratlar qlobal siyasətin, açıq bazar prinsiplərinə daha çox üstünlük verirlər. Amerikanlar vaxtında anladılar ki, Çinin qarşısı alınmalıdır. Əks halda Çin dünyanın supergüclüyünü Vaşinqtonun əlindən ala bilərdi. Ən azı ÜDM-ün nominal baxımdan hesablanmasında Pekin, Vaşinqtonu qabaqlayıb. Bütün bunlara görə amerikanın hakim dairələri Trump kimi dəlisov xarakterli bir şəxsi prezident seçdirə bildilər. Trump hakimiyyətə gəldikdən dərhal sonra, Çinə qarşı sərt siyasi ritorikaya start verdi. Trump 200 mld dollarlıq məhsullara rüsumu, 10%-dən 25%-ə qaldırdı. Həmçinin daha 325 mld dollarlıq məhsula əlavə olaraq 25%-lik rüsum qoyulacağı gözlənilir. ABŞ lideri Çinin və smartfon bazarının nəhəngi hesab edilən "Huavei" -də sanksiya tətbiq etdi. "Huavei" -ə sanksiya Çin nəhənginin aktivlərinin 25% geriləməsinə və satış indexində kəskin enişə səbəb olacaq.

ABŞ,Çinin qarşısını hər istiqamətdə almağa çalışır. Rəsmi Vaşinqton Çinin 2049-cu il kosmik strategiyasının,2025 strategiyasının qarşısını almaq üçün artıq hərəkətə keçib. ABŞ həmçinin kosmik sahədə olan bütün təşəbbüsləri bərpa edib, bu sahəyə 225 mld dollara qədər maliyyə ayırıb. Həmçinin Trump administrasiyası kosmik qüvvələrin yaradılması, kosmik sferada nüvə arsenalının,hipersonik və hipermed silahların yenilənməsi üçün maliyyə ayrılmasını təmin edib. Vaşinqton Artikada özünün donanmasının yenilənməsi istiqamətində addımlara başlayıb.

Trumpın digər atdığı addım isə hərbi sahədə xüsusilə, Sakit okean hövzəsində hegemonluğu qorumaqdan ibarətdir. Buna görə Trump administrasiyası 24 mld dollar gəmilərin yenilənməsi üçün malliyə ayırdı. Həmçinin yeni gəmilərin hərbi dəniz qüvvələrinin ixtiyarına verilməsi qərarı qəbul edildi. ABŞ yeni submines və esminneslərin hazırlanması üçün 25 mld dollar ayırıb. Trump Çinə qarşı "Alfred Mahan" və "Reyqanomika" strategiyasını aparır. "Reyqanomika" strategiyiyası ilə hərbi büdcəni artırır və tarixin ən böyük hərbi büdcəsini qəbul etməklə, ən millitarist adminsitrasiya adı qazanır. "Alfred Mahan" konsepsiyasına uyğun olaraq isə Vaşinqton dənizdə ağalıqı qorumağa çalışır. Çünki Mahan konsepsiyasına əsasən dənizlərdə ağalıq, bütün dünyaya ağalıq deməkdir.

Çin faktoru AB və ABŞ arasında maraqları koordinasiya edir. Hazırda transatlantik münasibətlərdə fikir ayrılıqlarına baxmayaraq, Çin amili Avroatlantik məkanda ümumi konsensusa səbəb olur. Almaniyanın Əfqanıstanda aktivləşməsi(təbii ki,ABŞ-ın icazəsi ilə)eləcədə, Trumpın Cənub Qaz dəhlizini, Transxəzəri bu qədər dəstəkləməsi habelə Qərbin Cənubi Qafqaz və Mərkəzi Asiyaya artan marağı bu iki regionu komunike etməyə çalışması, İran,Hindistan və Türkiyəyə edilən təzyiqlərin fonunda əsas faktor Çindi. Almaniya AB-ın yeni lideri olaraq Əfqanıstanda, Mərkəzi Asiyada genişlənməsi buraya qoşun yerləşdirməsinin ən böyük səbəbi Rusiyanı zərərləşdirmək, Çinin qarşısını almaq və son dövrlərin yeni iqtisadi oyunçusu olmağa çalışan geoavrasiya cəbhəsinin artan gücü Hindistanı zərərləşdirməkdir. Türkiyə regionun açar funksiyasını yerinə yetirdikdən ABŞ-la gərginlikdən sonra bu regionda olan boşluğu Almaniya və Fransa doldurmağa çalışır. Çinə qarşı Qərbin bu cür mövqeyi Cənubi Qafqazın da rolunu artırır və NATO-nun buraya olan marağının artmasına səbəb olur. Təbii ki, bu amil Cənubi Qafqaz dövlətlərinin Avroatlantik təhlükəsəzlik strukturları ilə yaxınlaşması üçün müsbət gedişatdı.

Lakin ABŞ və Çin arasında iqtisadi müharibəsinin gərginləşməsi, dünyanı ressesiya durumuna sala bilər. Çünki söhbət 1,2 trln dollar ticarət dövriyyəsinə malik və dünya iqtisadiyyatının hardasa yarısını təşkil edən iki supergücdən gedir.

Kamran Sultanlı, müstəqil ekspert
Xəbəri paylaş