Newscenter.az.27.05.2019. Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsi tərəfindən ötən həftə 39 müxtəlif rayonda 66 təlim keçirilib. Bununla da 23019-cu ildə keçirilmiş təlimlərin sayı 773-ə çatıb. Newscenter.az-a nazirlikdən bildirilib ki, ümumilikdə təlimlərdə 15164 fermer iştirak edib.
Təlimlər Beyləqan, Salyan, Lənkəran Regional Aqrar Elm və İnnovasiya Mərkəzlərinin, Tərəvəzçilik ETİ, Əkinçilik ETİ, Heyvandarlıq ETİ-nin, Azərbaycan Dövlət Aqrar Universitetinin və nazirliyin digər tabeli qurumlarının əməkdaşları tərəfindən aparılıb.
Həftə ərzində Dövlət Aqrar İnkişaf Mərkəzlərində keçirilmiş qiymətləndirmə sorğularına əsasən, iştirakçıklar təlimlərin keyfiyyətini qiymətləndirmə prosesinə cəlb ediliblər.
Orxan