Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DAA Belarusda cumhuriyyətin 101 illiyini qeyd edib

DAA Belarusda cumhuriyyətin 101 illiyini qeyd edib


Newscenter.az.29.05.2019. Dünya Azərbaycanlıları Assambleyasının təşkilatçılığı ilə Belarusiyanının Minsk şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyinə həsr olunmuş tədbir keçirilib. Newscenter.az -a daxil olan məlumata görə, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra hər iki ölkəninted dövlət himnləri səsləndirilib.

“Merci Baku” restoranında keçirilən tədbir çərçivəsində tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və milli dövlətçilik ənənələrinin formalaşmasında dövlət qurucularının həyata keçirdiyi müstəsna fəaliyyət barədə də geniş məlumat verilib.

Tədbirdə Belarusiyanın dövlət nümayəndələri, siyasi partiya nümayəndələri, şirkət rəhbərləri və üzvləri, Azərbaycan diasporunun fəal üzvləri, mətbuat nümayəndələri iştirak ediblər.
Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev tədbiri açaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, fəaliyyəti, həmin dövrlərdə mövcud vəziyyət və xalqımıza qarşı törədilən qanlı cinayətlər barədə danışıb.

Daha sonra tədbir Dünya Azərbaycanlıları Assambleyasının təşkilatçılığ ilə rəqs qruplarının və müğənnilərin ifası ilə davam etdirilib. Qonaqlara ziyafət verilib.
Azərbaycan İlahiyyat İnstitutu Şirvanda abituriyentlərlə görüş təşkil edib
Xəbəri paylaş