Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkəmizi tanıyan insanların sayı hər yarışdan, hər beynəlxalq tədbirdən sonra daha da çoxalır

Ölkəmizi tanıyan insanların sayı hər yarışdan, hər beynəlxalq tədbirdən sonra daha da çoxalır


Newscenter.az.29.05.2019. “Bu da həmin gün. Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Paytaxtımızın Olimpiya Stadionunda qitənin klub turnirinin finalı baş tutacaq. Başqa sözlə desək, bu matç iki nəhəng ingilis komandasının əsl futbol dueli olacaq”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, həlledici qarşılaşma sayılan bu oyunda "Çelsi" və "Arsenal" üz-üzə gələcək:

“Azərbaycanın ev sahibliyi edəcəyi və bütün futbol azərkeşlərinin böyük həyəcanla gözlədikləri bu mötəbər matçın başlanmasına artıq sayılı saatlar qaldı. Sözün açığı, belə bir nüfuzlu beynəlxalq turnirə evsahibliyi etdiyimizə görə çox çox sevincliyəm. Paytaxtımıza görə, Azərbaycanımıza görə çox sevinirəm. Azərbaycanımız anbaan, günbəgün dünyaya açılır. Ölkəmizi tanıyan insanların sayı hər yarışdan, hər beynəlxalq tədbirdən sonra daha da çoxalır”.

DADP sədri qeyd edib ki, 30 il bundan öncə, sovetin buxovları altında olduğumuz zamanlarda bütün bunları təsəvvür etmək belə çətin idi:

“Həmin vaxt Azərbaycanın illər sonra dünyanın sayılan-seçilən müstəqil ölkələrindən birinə çevriləcəyini sadəcə xəyal edə bilərdik. Budur, o xəyallar indi gerçək olur. Azərbaycan müxtəlif humanitar tədbirlərə , beynəlxalq idman yarışlarına, o cümlədən "Çelsi" və "Arsenal" kimi dünya futbol nəhənglərinin yekun qarşılaşmasına ev sahibliyi etməklə dünyanın çeşidli guşələrindən fərqli insanları bir araya gətirməyi bacaran məkana, mərkəzə, arenaya çevrilir. Paytaxtımız bu gün böyük futbol bayramına ev sahibliyi edəcək və onminlərlə, yüzminlərlə əcnəbi azərkeş Bakımızın adını dilinə gətirəcək. Bütün bunlardan qürur duymamaq mümkün deyil. Axşam bu möhtəşəm matçı böyük məmnuniyyətlə izləyəcəyəm”.
Xəbəri paylaş