Newscenter.az.30.05.2019. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun 16.05.2019-cu il tarixində Binəqədi qəsəbəsində sakinlərlə görüşündə Ağdamlılar məhəlləsi və III mədən ərazisindən qaldırılan kanalizasiya probleminin həlli istiqamətində sözügüdən ünvanlara baxış keçirilib.
Newscenter xəbər verir ki, bu barədə məlumatı Binəqədi qəsəbə bələdiyyəsi yayıb. Bildirilib ki, alınan qərara əsasən, hər iki ünvanda bu günlərdə mövcud kanalizasiya xətlərinin yenilənməsi və II mədən ərazisində 4 yerdə yola patron atılması həyata keçiriləcək. Görüləcək işlər bələdiyyə tərəfindən diqqətdə saxlanılacaq.