Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Breyn-rinq yarışı başa çatıb

Breyn-rinq yarışı başa çatıb


Newscenter.az.30.05.2019
. Məktəblilərarası “Gənc istedadlar” breyn-rinq bilik yarışının final mərhələsi keçirilib. Newscenter xəbər verir ki, yarışda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin “Zirvə”, “Əlaçılar”, “Zəfər”, “Bilik”, “İntellekt”, “Lider” komandaları iştirak edib.

Bilik yarışının final mərhələsi ümummilli lider Heydər Əliyevə həsr olunub. Bu mərhələdə komandalar “Heydər Əliyev və Azərbaycan” başlığı altında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair sualları cavablandırıblar.

Mərhələnin sonunda 21 nömrəli tam orta məktəbin “Zirvə” komandası 18 xal toplayaraq digər komandalardan üstün olub.

“Gənc istedadlar” breyn-rinq bilik yarışının bütün mərhələləri üzrə komandaların aylıq topladığı xallar hesablanaraq sonda qalib gəlmiş 21 nömrəli tam orta məktəbin “Zirvə” komandasına kubok, bütün iştirakçılara isə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, bilik yarışının təşkil olunmasının əsas məqsədi şagirdlərin istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə qabiliyyətinin inkişafı və İKT-dən istifadə bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.
R.Mehdiyeva
Xəbəri paylaş