Newscenter.az.31.05.2019. Avstriyanın Azərbaycandakı baş konsulluğunun dəstəyi və iştirakı ilə “Enerji içkilər – elmi yanaşma” mövzusunda dəyirmi masa təşkil olundu. Enerji içkilərinin Azərbaycan bazarında yayılmasından sonra ilk dəfə olaraq, bu içkilər yerli və beynəlxalq mütəxəssislərin elmi müzakirəsinə səbəb olur.
Newscenter.az xəbər verir ki, müzakirələrdə “Energy Drinks Europe” assosiasiyasınnı prezidenti Andreas Kadi (Belçika), İstanbul Texniki Universitetinin professoru Beraat Özçelik (Türkiyə), Azərbaycan Tibb Universitetinin professoru İbrahim Əhmədov və Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da iştirak edib.
“Statistik məlumatlara əsasən, Azərbaycanda, məsələn Avstriyadan fərqli olaraq, enerji içkilərinin istehlakı yüksək səviyyədə deyil. Əgər Azərbaycanda adam başına enerji içkilərinin orta illik istehlak səviyyəsi 4 litrdirsə, Avstriyada bu 12 litrə bərabərdir. Enerji içkilərininümumi alkoqolsuz içki bazarında payı isə 1-2%-i ötmür. Enerji içkilərinin insan orqanizminə olan təsirinə gəlincə, qeyd etmək lazımdır ki, onların təsiri çay, qəhvə və kakaodan heç nə ilə fərqlənmir. Tərkibində kofein olan enerji içkilərini qəhvə ilə müqayisə etmək olar. Bu o deməkdir ki, qəhvənin çox içilməsi də ziyandır.” deyə Andreas Kadi bildirib.
Müzakirələr zamanı həmçinin qeyd olundu ki, Avropanın qida təhlükəsizliyi təşkilatının (EFSA) son 16 ildə enerji içkilərinin tərkibi ilə, xüsusilə də kofeinlə bağlı apardığı tədqiqatların nəticəsinə görə, bu içkilər normadan artıq qəbul edilmirsə, təhlükəsizdir. Norma isə böyüklər üçün 400 mq, hamilə və süd verən qadınlar üçün isə 200 mq təşkil edir. Enerji içkiləri alkoqollu və taurin tərkibli digər içkilərlə qarışdırıldıqda təhlükəli olurlar.
Dəyirmi masa zamanı enerji içkilərin tərkibi və onların təhlükəsizliyinin ölçülməsi, qida rasionunda kofein və enerji içkilərin buna qatqısı, enerji içkilərdə və digər məhsullarda kofein, səhiyyə təşkilatlarının və dövlət qurumlarının kofeinin təklükəsizliyi barədə fikirləri (Aİ və digər ölkələr), Aİ-da enerji içkilərlə bağlı qəbul edilmiş qanunlar, Aİ-da enerji içkilərə qarşı milli məhdudiyyətlər, kofeinin müsbət fizioloji xüsusiyyətləri, enerji içkilərindən istifadəyə qarşı diskriminasiya xarakterli məhdudiyyətlərlə bağlı məsələlər müzakirə olundu.
* Azərbaycandaenergetikiçkilərkateqoriyasına “Red Bull” və “Hell Classic” aidedilir.