Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dərman preparatları aşkarlanıb

Dərman preparatları aşkarlanıb


Newscenter.az.31.05.2019. Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Astra" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Newscenter.az-a DGK-dan bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa yük üçün nəzərdə tutulan yerin sol boşluq hissəsindən gömrük orqanlarına bəyan edilməyən üzərində "Karpazim 35 PE/ml" yazısı olan 52 ampula dərman vasitələri aşkarlanıb

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş