Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Metropolitendə Ümumdünya Tütünlə Mübarizə Günü qeyd olunub

Metropolitendə Ümumdünya Tütünlə Mübarizə Günü qeyd olunub


Newscenter.az.31.05.2019. Cəmiyyətimizin müxtəlif aktual məsələlərinə sərnişinlərin diqqətini cəlb edən sosial aksiyaların davamı kimi Bakı metropolitenində “O səni məhv etməmiş, sən onu məhv et” aksiyası keçirilib.

Qurumdan Newscenter.az-a bildirilib ki, Dünya Səhiyyə Təşkilatının qətnaməsi ilə mayın 31-i ümumdünya tütünlə mübarizə, siqaret və tütündən imtina günü elan edilib. Həm müəssisə əməkdaşları, həm də metropoliten sərnişinləri arasında keçirilən bu aksiyanın da məqsədi tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanları barədə cəmiyyətin daha da maarifləndirilməsinə töhfə verməkdir.

“Nərimanov” elektrik deposu və müəssənin inzibati binasında, habelə stansiyalarda “Bakı Metropoliteni” QSC-nin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) şöbəsinin təşkilatçılığı ilə keçirilən “O səni məhv etməmiş, sən onu məhv et” aksiyasında belə bir günün təsis edilməsinin səbəbləri, tütün və onun zərərləri haqqında məlumat, siqaretdən imtina edənlərin statistik faktları, siqaret çəkməyən şəxsin mühitin təsirinə məruz qalmasından bəhs edilib.

Depoda və inzibati binada keçirilən aksiya zamanı həm də maraqlı kampaniya təşkil edilib. Siqareti qutusu ilə zibil konteynerinə atanlara, bunun əvəzinə süd və yaxud dondurma verilib. Mövzunun aktuallığını nəzərə alaraq, stansiyalarda sərnişinlərə tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsirinin əks olunduğu maarifləndirici bukletlər paylanılıb, söhbətlər aparılıb.
Xəbəri paylaş