Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ucarda kənd təsərrüfatı texnikasının təhlükəsiz hərəkətini təmin etmək üçün tədbirlər görülüb

Ucarda kənd təsərrüfatı texnikasının təhlükəsiz hərəkətini təmin etmək üçün tədbirlər görülüb


Newscenter.az.31.05.2019. Biçin mövsümünun başlaması ilə əlaqədar olaraq yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər davam etdirilir.

Newscenter.az Kənd Təsərrüfatı Naziriyinə istinadən xəbər verir ki, ilkin olaraq 30 may tarixində Kürdəmir rayonunda start verilən baxış zamanı bir neçə qanun pozuntusu aşkarlanıb.

Bu silsilədən növbəti tədbir isə Ucar rayonunda olub. Fiziki və hüquqi şəxslərin mülkiyyətində və istifadəsində olan dövlət qeydiyyatından yayınmış, dövlət texniki baxışından keçməmiş, dövlət qeydiyyat nişanının müəyyən olunmuş yerinə bərkidilmədən, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi olmadan idarə edilən taxılyığan kombaynların və digər mexaniki nəqliyyat vasitələrinin istifadəsini qanuna müvafiq qaydada aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi arasında mövcud razılığa əsasən rayonda birgə baxış keçirilib.

Qeyd edək ki, 2019-cu ilin taxıl yığımı mövsümü ilə əlaqədar olaraq respublika ərazisində taxıl yığımının operativ, səmərəli və qısa müddətdə başa çatdırılmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Xidmətlər Agentliyi tabeliyindəki qurumlara müvafiq tapşırıqlar verilib.
İlkin mərhələdə biçinə hazırlıq müddətində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq taxılyığan kombaynların mülkiyyətçilərinə (istifadəçilərinə) taxılyığan kombaynların təhlükəsizlik texnikası üzrə (yanğından təhlükəsizlik) təlimlər keçilib, taxılyığan kombaynların mülkiyyətçilərinin (istifadəçilərinin) bir hissəsinə təhlükəsizlik texnikası üzrə (yanğından təhlükəsizlik) təlimatlar təqdim edilib, taxılyığan kombaynların dövlət qeydiyyatına alınmasının və dövlət texniki baxışa təqdim edilməsinin fasiləsiz olaraq həyata keçirilməsi təmin edilib.
Orxan
Xəbəri paylaş