Newscenter.az.31.05.2019. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Uşaq kardio-revmatologiya şöbəsi, uşaqların müayinəsi üçün mayın 31-dən etibarən ödənişsiz aksiyaya start veriblər. Newscenter.az xəbər verir ki, aksiyanın iki gün davam etməsi nəzərdə tutulub.
Adıçəkilən şöbənin professoru Surxay Musayev Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bu aksiyanın gələcəyimiz olan uşaqların sağlamlığı üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Aksiyanın keçirilməsi ilə bağlı sosial şəbəkələrdə və KİV-də kifayət qədər məlumat verilib. Bu gün səhərdən kiçik pasiyentlər həkimlərimizin müayinəsindən keçir. Şöbəmizdə uşaqların çoxşaxəli müayinəsi aparılır. Bizə təkcə Bakı şəhərində yaşayanlar deyil, ölkənin müxtəlif bölgələrinin sakinləri də müraciət edirlər. İki gün ərzində 300-ə yaxın uşağın müayinədən keçəcəyini planlaşdırmağımıza baxmayaraq, artıq bizdə bu rəqəmin artacağı ehtimalı var. Hesab edirəm ki, iki gündə müayinə olunanların sayı 400-ü keçəcək. Bu aksiya imkan yaradacaq ki, maddi imkanı olmayan və uşaqlarının sağlamlığından narahat olan valideynlər övladlarının tam dəqiq, etibarlı şəkildə müayinə olunmaları üçün şöbəmizə müraciət etsin”.
Professor S.Musayev iyunun 1-də aksiya çərçivəsində uşaqların ödənişsiz exo-kardioqrafiya müayinəsi aparılacağını da diqqətə çatdırıb.
Qeyd edək ki, şəbənin professorlardan Surxay Musayev, Ələkbər Həsənov, İbrahim İsayev, dosentlərdən Fəxriyyə Məmmədova, Lalə Hidayətov, assisentlərdən t.e.n Ülviyyə Hacıyeva, Sevda Məmmədova,
Nəzakət Həsənova, İradə Səfərova bu aksiyada xüsusi fəallıq nümayiş etdiriblər.