Newscenter.az.1.06.2019. Rusiya Azərbaycanlıları İttifaqınının Prezidenti, tanınmış iş adamı Fizuli Məmmədovun cəmiyyətin həssas təbəqələri, xüsusilə də müharibə iştirakçıları, şəhidlər, onların ailə üzvləri ilə bağlı xeyriyyə tədbirləri davam edir.
Newscenter.az xəbər verir ki, bu dəfə Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş şəxslər Fizuli Məmmədov tərəfindən diqqət görüblər.
Belə ki, Fizuli Məmmədov tərəfindən Xocalıda hər iki valideyinini itirmiş 25 nəfər üçün iftar süfrəsi verilib.