Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Moskvada "Lavrov planı", Qərbin paytaxlarında isə, "Madrid prinsipləri" üzrə danışıqlar aparırıq

Moskvada "Lavrov planı", Qərbin paytaxlarında isə, "Madrid prinsipləri" üzrə danışıqlar aparırıq


Məhəmməd Əsədullazadə: "Ona görə də istənilən nəticəyə gələ bilmək olmur”

Newscenter.az.4.06.2019. “Ermənistanla aparılan danışıqlar gözlənilən nəticəni vermir. Vaşinqton görüşü ərəfəsində işğalçı ordunun cəbhə xəttində ordumuzun zabitini şəhid etməsi birbaşa bu danışıqlara getməməyə hesablanıb. Çünki, rəsmi Yerevan Vaşinqton danışıqlarında maraqlı deyil”.

Newscenter.az xəbər verir ki, bu fikirləri poitoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, Ermənistan daxilində klanlar arası mübarizə Paşinyanı bu kimi danışıqlara getməkdən çəkindirir:

“Hazırda Paşinyan özü Qarabağ klanını torpaqların verilməsində ittiham edir. Belə olan təqdirdə Ermənistanda biz inqilab hakimiyyətindən ciddi danışıqlar prosesində real nəticələr gözləməyərək yalnız hərbi gücə üstünlük verməliyik. Qeyd edim ki, erməni tərəfi Naxçıvan istiqamətində Rusiya-Ermənistan birgə qoşun birləşməsini mütəmadi təlimlərə çıxarır və bu birləşmənin erməni komandanı təxribatçı açıqlamalar verir”.

Politoloq deyib ki, ordumuzun Türkiyə ilə birgə keçirdiyi "Sarsılmaz qardaşlıq" taktiki döyüş atışlı təlimi işğalçıya mesaj xarakteri daşıyır: “Əgər, Ermənistan tərəfi Naxçıvan istiqamətində təxribat həyata keçirərsə, buna layiqli cavab veriləcək. Hətta Azərbaycan və Türkiyə birgə Naxçıvanın blokadasını aradan qaldıra bilər. Bununla da Qarabağa quru yol təmin edilə bilər”.
Moskvada "Lavrov planı", Qərbin paytaxlarında isə, "Madrid prinsipləri" üzrə danışıqlar aparırıq

Məhəmməd Əsədullazadə onu da bildirib ki, aparılan danışıqlarda rəsmi Bakının bir sıra takitiki səhvləri var: “İlk növbədə bu istiqamətdə Qərblə ciddi danışıqlar aparılmalıdır. Qərb hələ ki işğalçı ölkə ilə Azərbaycanı eyni gözdə görür və onların bir sıra özəl şirkətləri Qarabağda fəaliyyət göstərir. Buna imkan verməmək üçün biz mütəmadi olaraq lokal əməliyyat keçirib, işğal olunmuş ərazilərdə təhlükəsizlik böhranı yaratmalıyıq. İşğalçının infrasturukturları məhv edilərsə, nə xarici şirkətlər, nə də ermənilərin məskunlaşması aparılmaz. Mütləq şəkildə danışıqlarda Qarabağla bağlı strategiyamız dəqiqləşməlidir. Moskvada "Lavrov planı" Qərbin paytaxlarında isə, "Madrid prinsipləri" üzrə danışıqlar aparırıq. Ona görə də istənilən nəticəyə gələ bilmək olmur”.
Xəbəri paylaş