Newscenter.az.4.06.2019. Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin may ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Newscenter.az nazirliyə istinadən xəbər verir ki, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 18 866 müraciət daxil olub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 15 723 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3143 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat və Vətəndaşların Qəbulu mərkəzlərinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1710 ( 864 ərizə, 846 məktub) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlər daha çox birinci siniflərə qəbul, müəllimlərin yerdəyişməsi, işə qəbulu və digər bu kimi məsələləri əhatə edib.
R.Mehdiyeva