Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvan təlimləri düşmənə ciddi mesajdır

Naxçıvan təlimləri düşmənə ciddi mesajdır


Newscenter.az.8.06.2019. Naxçıvanda Türkiyə və Azərbaycan arasında sarsılmaz qardaşlıq təlimi keçirilir. Bu təlimlər düşmənə ciddi mesaj və laiqli cavabdı. Təlimlərdə 5000 əsgər və 200-dən çox texnika iştirak edir. Təlimlər Ermənistanda ciddi rezonans doğurub və düşmən ölkə ATƏT-ə şikayət etməyə hazırlaşır. Səbəbdə odur ki, biz onlara xəbərdarlıq etməmişik. Biz təlim keçirməyimizə görə heç kimdən icazə almıyacağıq. Xüsusilə də Ermənistandan. Türkiyə və Azərbaycan arasında bu təlimlər Türkiyənin hələ də, Naxçıvanın təhlükəsizliyinin qarantı olduğunu göstərir.

Qars müqaviləsinə əsasən Naxçıvanın statusu Türkiyənin icazəsi olmadan dəyişdirilə bilməz və Naxçıvanın təhlükəsizliyinə birbaşa Türkiyə cavabdehdir. Könül istəyərdə ki, Naxçıvanda Türkiyənin bazası açılsın.Lakin Naxçıvanda baza açılması bizim hərbi doktrinaya uyğun deyil. Azərbaycan başqa dövlətlərin ölkəmizdə baza açmasına qarşıdır. Bu həmdə birtərəfli aslılığa səbəb ola bilər. Lakin bunun geosiyasi cəhətdən də effektisiz olacağını düşünürəm.

Türkiyənin Naxçıvanda baza açması, Rusiya və İranın Şimali Qafqaz və Cənubi Azərbaycan üzərindən daha sərt siyasət yürütməsinə, Rusiyanın Ermənistandakı 102-ci bazasını daha da gücləndirməsinə səbəb ola bilər. Siyasətdə əgər bir dövlətin atacağı addım, onun həyati maraqlarını əks etdirmirsə və digər dövlətin həyati maraqlarına toxunursa, o dövlət bu həyati maraqlarını qorumaq üçün hər bir addıma əl ata bilər. Örnəyi Gürcüstandakı inqilabı proseslərə ABŞ başda olmaqla Qərb ciddi reaksiya vermədi. Obamanın reset siyasəti dövründə bu region ABŞ-in həyati maraqlarını təmsil etmirdi. Lakin Moskvanın həyati vacib maraqlarına toxdunduğu üçün Rusiya müdaxilədən belə çəkinmədi. Cənubi Qafqaz Türkiyənin həyati maraqlarını təmsil etmir. Xüsusilə Türkiyədə siyasi islam və neosmanizmin genişlənməsi, Ankaranı Rusiya və İrana yaxınlaşdırmaqla, bu regiondan uzaqlaşdırır. Türkiyə üçün prioritet Yaxın və orta şərq regionu olur.

Türkiyənin Naxçıvanda baza açması, NATO-nun həmin strateji məntəqədə baza açması demək olacaq. Doğrudur, Türkiyə əvvəlki tək Qərbə yaxın deyil, lakin istənilən halda, Rusiyanın buna razı olacağına inanmıram. Məhşur Qobl planına, Yeltsinin reaksiyasından bu qurşağa Rusiyanın necə baxması aydındır. Təəsüfki Laçın-Zəngilan xətti və Zəngəzur-Dərələyəz bölgəsi bizim nəzarətimizdə deyil. Ən maraqlısı odur ki, bu bölgələri məhz Rus ordusu qoruyur. Bu Moskvanın bu xəttə hansı geosiyasi aspektdən yanaşdığını açıq orta qoyur. Bu aspektlərdən Rəsmi Bakı baza məsələsinə o qədərdə isti yanaşmır. Yəni ölkəmiz bütün geosiyasi riskləri hesablayır. Ən böyük uğurlarımız o oldu ki, ordumuz 1994-cü ildə Horadiz kimi strateji məntəqəni və son Günnüt əməliyatında isə Gorus-Laçın-Xankəndi yoluna nəzarəti ələ aldı. Bu ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycanın sonuncu təlimlərini xüsusi hesab edirəm və bu düşmənə ciddi mesajdı.
Kamran Sultanlı, müstəqil ekspert
Xəbəri paylaş