Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağ probleminin həlli ilə bağlı tutduğu yanlış mövqe Paşinyanın hakimiyyətinin sonunu gətirəcək

Qarabağ probleminin həlli ilə bağlı tutduğu yanlış mövqe Paşinyanın hakimiyyətinin sonunu gətirəcək


Newscenter.az.8.06.2019.
Erməni ekspertlərdən birinin Nikol Paşinyanın erməni generallarına nifrət etməsi barədə açıqlaması diqqətimi çəkdi. Ermənistanın 5-ci kanalının “Aylur” proqramına müsahibəsində “Akunk” siyasi analitik mərkəzinin rəhbəri, keçmiş deputat Ruben Akopyan deyib ki, “Paşinyan hərbi xidmətdə olmayıb. Onda hərbçilərə qarşı kompleks var. O bilir ki, bu, onun tərcümeyi-halının bir hissəsidir. Odur ki, onda erməni generalitetinə qarşı xüsusi nifrət var”.
Qarabağ probleminin həlli ilə bağlı tutduğu yanlış mövqe Paşinyanın hakimiyyətinin sonunu gətirəcək

Akopyanın bu fikri həqiqəti əks etdirir. Amma Paşinyan indi təkcə erməni generallarına deyil, Dağlıq Qarabağdakı separatçı ermənilərin "rəhbər"lərinə də, habelə onun siyasətini tənqid edən Ermənistan KİV-lərinə də dərin nifrət hissi bəsləyir. Bu da Paşinyanın son bir il ərzində yürütdüyü yanlış siyasətin nəticəsidir. Cəmi 1 il bəs etdi ki, Paşinyanın nüfuzu ildırım sürəti ilə aşağı düşsün. İndi Paşinyan əvvəlki kimi populyar deyil. Əksinə, Paşinyanın yürütdüyü siyasətdən narazıların sayı sürətlə artır. Qarabağ probleminin həlli ilə bağlı tutduğu yanlış mövqeyi isə Paşinyanın hakimiyyətinin sonunu gətirəcək.

Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Xəbəri paylaş