Newscenter.az.8.06.2019. "Qarabağa qayıdırıq" kampaniyaları məncə, siyasi şoudan başqa bir şey deyil və bu kampaniyalara start verənlər özləri də bunu hamıdan yaxşı bilirlər.
Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, qeyd edib ki, onlara sadəcə olaraq gündəm lazımdır:
"Horadiz qəsəbəsində toplaşmaq, ordan da Şuşaya doğru yürüş etmək iddiası ilə Qarabağı işğaldan azad etmək mümkün deyil. Birinci Qarabağ Müharibəsində iştirak etməyən, müharibənin ağrı-acılarını yaşamayan şəxslərin Qarabağa piyada yürüş təşkil edib populizmlə məşğul olmaları yaxşı hal sayıla bilməz. Mövsümi "vətənpərvərlik damarı" tutanlara özlərinə Qarabağ üzərindən siyasi dividend qazanmağı məsləhət görmürəm".