Newscenter.az.10.06.2019. Bakıda dovşan üçün ad günü keçirilib.
Nəsimi rayon sakini İlhamə Kərimova Alvina adlı dovşanına 2 yaşı tamam olması münasibətilə evində dəbdəbəli ad günü təşkil edib.
Bu barədə Cebhe.info-ya dovşan sahibi özü məlumat verib.
Onun sözlərinə görə, ad günü münasibətilə evin bəzədilməsi üçün şirkətlərdən birinə müraciət edib. Müxtəlif dekarativ gül və şarlarla dovşanın otağı bəzədilib. Onun üçün sahibi tərəfindən tərəvəzlərdən ibarət tort sifariş edilib və ad günü qeyd edilib.
İlhamə Kərimova hətta bu gün münasibətilə həkimdən psixoloji məsləhət alaraq, dovşanın qulağını deşdirib və ona ağ qızıldan hazırlanmış bir cüt sırğa taxdırıb.
Heyvan sahibinin dediyinə görə, dovşanına övladları qədər çox bağlıdır. Qeyd edək ki, bu günlərdə İlhamə Kərimova aidiyyəti orqana müraciət edərək dovşanı üçün xarici pasport da alıb. Yaxın günlərdə dovşanı ilə birlikdə Türkiyəyə getməyə hazırlaşır.