Newscenter.az.10.06.2019. İnklüziv təhsil modelinin tətbiq olunduğu məktəblərin iştirakı ilə “Texno-pedaqogika və xüsusi təhsil sisteminin inkişafı” mövzusunda interaktiv təlim keçirilib. Newscenter.az-a daxil olan məlumata görə, Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçirilən təlimin əsas məqsədi təhsildə inklüziv təhsilin təşviq və təbliğ olunması istiqaməti üzrə beynəlxalq təcrübənin öyrənilməsi və inklüziv məktəb modelinin tətbiq olunduğu 4 ümumi təhsil məktəbinin pedaqoji heyətinin birgə müzakirə platformasının yaradılmasından ibarətdir.
Təlimdə 138, 202, 220 və 252 nömrəli tam orta məktəblərin direktorları, korreksiyaedici pedaqoqları, psixoloqları və ibtidai sinif müəllimləri iştirak edib.
Paytaxtdakı 202 nömrəli tam orta məktəbin direktoru Arzu Süleymanovanın moderatorluğu ilə keçirilən təlim müdavimlər arasında “Diaqnostik sorğu” keçirilməsi ilə başlayıb.
Təlim zamanı “İnklüziv təhsil nədir?”, “İnklüziv təhsilə cəlb olunmuş şagirdlərin xüsusiyyətləri”, “Xüsusi təhsildə təlim prosesinə uyğunlaşmış texnologiyalar”, “İnklüziv təhsilə cəlb olunmuş şagirdlərin asudə vaxtının təşkili” mövzularında təlim iştirakçılarına zəruri məlumatlar verilib.
R.Mehdiyeva