Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Novxanı çimərliyi tullantılardan təmizlənib

Novxanı çimərliyi tullantılardan təmizlənib


Newscenter.az.10.06.2019. Ətraf Mühit Gününə həsr olunmuş sahilyanı təmizlik aksiyası üçün 1000 nəfər IDEA könüllüsünün Gənclik m/st-dan Novxanı çimərliyi ərazisinə 24 avtobusla daşınması təşkil edilib. Bu barədə məlumat Newscenter.az-a Bakı Nəqliyyat Agentliyindən daxil olub.

Bildirilib ki, həmçinin, Azərbaycan-Macarıstan oyununa gələn xarici azarkeşlərin stadiona daşınması və stadiondan yola salınması (İçəri şəhər-Bakcell Arena) Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil olunub.

Tədbir zamanı İçəri şəhərdən Stadiona (Qoşa Qala qapısı) 10 ədəd iritutumlu avtobus, Stadiondan isə iki istiqamətdə (Hava Limanı və İçəri şəhər) daşınmaya 22 avtobus cəlb edilib.
Anar
Xəbəri paylaş