Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Psixotrop maddə - metamfetamin aşkarlanıb

Psixotrop maddə - metamfetamin aşkarlanıb


Newscenter.az.10.06.2019. Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında piyada yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn həmin ölkə vətəndaşları - Shirmohammadi Kargar Nasrin Saleh qızı və Shirmohammadi Kargar Manizeh Saleh qızı Astara gömrük postunda saxlanılıb və onlara məxsus əl yükünə baxış keçirilib.

Newscenter.az DGK-ya istinadən xəbər verir ki, bu zaman onlara məxsus əl çantasındakı geyim əşyalarının arasında sellofona bükülü 1 ədəd bağlama aşkar edilib. Daha sonra hər iki şəxsin daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Nəticədə hər iki xanım vətəndaşın daxili orqanlarından daha 3 ədəd bağlama aşkarlanıb. Ümumilikdə 4 ədəd bağlamada, çəkisi 254 qram olan ağ, kristal şəkilli psixotrop maddə-metamfetamin olduğu məlum edilib.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.


Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş