Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsil nazirinin müavini şimal zonasının rayon sakinlərini videoqəbul edəcək

 Təhsil nazirinin müavini şimal zonasının rayon sakinlərini videoqəbul edəcək


Newscenter.az.10.06.2019. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva iyunun 11-də saat 16:00-da Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon sakinlərini canlı video bağlantı (videoqəbul) vasitəsilə qəbul edəcək. Nazirlikdən Newscenter.az-a bildirilib ki, qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Videoqəbula yazılmaq istəyən vətəndaşlar 10 iyun 2019-cu il saat 18:00-dək Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonla əlaqə yaradaraq, nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olaraq (http://edu.gov.az/az/contacts/request) və ya 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 7) müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət etmək imkanlarını müasir texnologiyalardan istifadə ilə genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə video bağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır.

Qaydalara əsasən, videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda üçdən artıq şəxsin birlikdə iştirakına icazə verilmir. Videoqəbul zamanı bir müraciət üçün maksimum müəyyən edilmiş vaxt 15 dəqiqədir.
R.Mehdiyeva
Xəbəri paylaş