Newscenter.az.10.06.2019. İyunun 10-da Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
Bu barədə məlumat Newscenter.az-a Müdafiə Nazirliyindən daxil olub. Bildirilib ki, Türkiyənin milli müdafiə nazirinin səfərində məqsəd “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimlərini izləməkdir.