Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

50 minə yaxın müraciət daxil olub

50 minə yaxın müraciət daxil olub


Newscenter.az.13.06.2019. 2018-2019-cu tədris ili ərzində BŞTİ-nin Vətəndaşların Qəbulu Mərkəzinə 50 minə yaxın müraciət daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub.

Newscenter.az xəbər verir ki, tədris ili ərzində Telefon Məlumat Mərkəzində 13 000-dən çox zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 16 minə yaxın vətəndaş müraciəti daxil olub. 1 800-ə yaxın vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

15 000-ə yaxın sənəd (vətəndaşlar tərəfindən 2 697 ərizə, Təhsil Nazirliyindən 1 931, digər qurumlardan 2 351, məktəblərdən 5 545 məktub, 626 strukturdaxili yazışma və 1 250 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 2 430 elektron müraciətə baxılıb.

Bakının 12 inzibati rayonu üzrə keçirilmiş səyyar qəbullar vasitəsilə müəllim və valideynlərin müraciətləri dinlənilib. Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan bir sıra müraciətlər operativ şəkildə cavablandırılıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
R.Mehdiyeva
Xəbəri paylaş