Newscenter.az.13.06.2019. İyunun 28-də energetika naziri Pərviz Şahbazov Xaçmaz şəhərində Xaçmaz və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən Newscenter.az-a bildirilib ki, qəbul saat 10:00-da Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Xaçmaz filialının inzibati binasında(ünvan:Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 17A) keçiriləcək.
Həmin gün həmçinin Energetika nazirinin müavini Samir Vəliyev Quba şəhərində Quba və Qusar rayonlarının sakinləri, nazir müavini Elnur Soltanov isə SiyəzənşəhərindəSiyəzən və Xızıdan olan yerli sakinlər ilə görüşəcək.
Vətəndaşların qəbulu saat 10:00-da Quba rayon Heydər Əliyev Mərkəzində (ünvan: Quba şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı) vəSiyəzənrayon Heydər Əliyev Mərkəzində (ünvan: Siyəzən şəhəri, Heydər Əliyev küçəsi 90)keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı,598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçininEnerji Məsələlərini Tənzimləmə AgentliyininXaçmaz filialı(əlaqələndirici şəxsXəyyamAydınov,əlaqə telefonları: (+99423) 325-12-38, (050) 305-51-67,(055) 721-68-30, elektron poçt ünvanı:[email protected])vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyininwww.minenergy.gov.az internet səhifəsində yaradılmış“Qəbula yazılmaq“ bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.