Newscenter.az.13.06.2019. Hər ikinci Rusiya vətəndaşı (44%) kolleqalarının məxfi məlumatlarını görüb. Söhbət məvacibinməbləği, illik bonuslar, bank məlumatları və ya şifrələrdən gedir. Newscenter.az xəbər verir ki, “Kaspersky Lab” bu nəticələri “Rəqəmsal qarışıqlıq” araşdırmasında əldə edib.
Korporativ serverlərdə müxtəlif şəxsi məlumatlar saxlanılır və bu məlumatların sızması təkcə kollektivin münasibətlərinin pisləşməsinə deyil, həmçinin kiberhadisələrə və informasiya təhlükəsizliyinin qorunması haqqında qanunun tələblərinin pozulmasına görə tənzimləyici tərəfindən cərimələnməyə səbəb ola bilər. Bununla belə, istifadəçilərin yalnız 28% -i müntəzəm olaraq işlədikləri sənəd və xidmətlərə kimin çıxışı olduğunu yoxlayır və lazımi dəyişiklikləri edir.
Bir işçinin şirkətdən ayrıldığı və ya başqa bir şöbəyə keçdiyi zaman, təşkilatı və onun işçilərini riskə atmamaq üçün onun korporativ qovluqlara və xidmətlərə çıxışı dərhal məhdudlaşdırılmalıdır. Ancaq buna hər yerdə və həmişə əməl etmirlər. Şirkətlərin məlumatlara çıxışı tənmizləyən siyasətlərinin olmaması səbəbindən sənədlərin şirkət daxilində və xaricində saxlanılması və köçürülməsi nəzarətsiz həyata keçirilir.
"”Rəqəmsal qarışıqlıq” adlandırdığımız bu hal, xüsusilə kiçik, biznesin inkişafını təhlükəsizlikdən daha üstün tutan şirkətlərə aiddir. Bir çox hallarda ofis fəaliyyəti məxfi məlumatların istifadəsini nəzərdə tutur. Mümkün risklərdən qorunmaq üçün şirkətlər işçilərin rəqəmsal savadlılığını artırmalı və sənədlərə çıxış hüquqlarını məhdudlaşdıran siyasət tətbiq etməlidirlər. Bunun üçün xüsusi həllər və xidmətlərdən istifadə oluna bilər" deyə "Kaspersky Lab" şirkətinin kiçik və orta biznes üçün satışlar üzrə rəhbəri Timur Bigulov bildirib.
Rəqəmsal savadlılığı artırmaq üçün şirkətlər, məsələn “Kaspersky Security Awareness” çərçivəsində təlimlərdən biri olan xüsusi məlumatlandırma proqramından istifadə edə bilərlər. Burda oyunlarla yanaşma, praktiki məşqlər, hücumların imitasiyası və digər interaktiv üsullardan istifadə olunur.
Korporativ məlumatların etibarlı qorunması və şəbəkənin təhlükəsizliyinin təmin edilməsi üçün veb təhdidlərdən qorunma, faylların və poçt serverlərinin qorunması funksiyalarına malik “Kaspersky Endpoint Security Cloud” həlli yardım edə bilər. Həllə daxil edilmiş şifrələnmə funksiyası isə gizli məlumatlara icazəsiz daxil olmaların qarşısını alır.
Poçt trafikinin təhlükəsizliyini təmin etmək üçün isə “Kaspersky Security” həllini istifadə etmək olar. Bu həll işçiləri spam və zərərli əlavələrdən qoruyur.
* “Rəqəmsal qarışıqlıq” (Digital Clutter) araşdırması 2018-ci ilin dekabr - 2019-cu ilin yanvar aylarında “Kaspersky Lab” şirkətinin sifarişi ilə “OnePoll” şirkəti tərəfindən keçirilib. Sorğu zamanı eyni vərdişlərin evdə və işdə insana təsiri araşdırılıb. Sorğuda dünya üzrə fəaliyyət göstərən şirkətlərin 7000 işçisi iştirak edib.