Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvandakı ordu və birləşmələri Ordumuzun ən güclü istinadlarındandır

Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvandakı ordu və birləşmələri Ordumuzun ən güclü istinadlarındandır


Newscenter.az.18.06.2019.
"Bu günlərdə Naxçıvanda möhtəşəm sonluqla başa çatan Azərbaycan- Türkiyə hərbi təlimləri hələ də gündəmdə əsas mövzulardan biri kimi insanların dilindən düşmür. İki qardaş ölkənin Silahlı Qüvvələrinin birgə əməliyyat taktiki təlimlərinin ən əlamətdar günə - 15 İyun - Milli Qurtuluş Gününə təsadüf etməsi isə tədbirin möhtəşəmliyini daha da artırdı".

Newscenter.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Vaqif Abdullayev səsləndirib. O, qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqada komandiri, general-mayor Ərcan İlhanın birgə izlədiyi təlimlər dünyaya iki qardaşın sarsılmaz gücünü, rəşadətini nümayiş etdirdi:

"Ümumilikdə 5 minə yaxın şəxsi heyəti, 250-dən artıq zirehli və 500-ə yaxın avtomobil texnikası cəlb edildiyi təlimlər regionda Türk dövlətlərinin artan qüdrətinin bir nişanəsi olmaqla işğala, işğalçıya qarşı bir növ hazırlıq, sınaq əməliyyatlarının bir hissəsi anlamına gəlir. Bu təlimlər işğalçı Ermənistana və havadarlarına növbəti dəfə xəbardarlıq, iltimatum idi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi Ordunun gücü həm də onun sıralarında xidmət edən şəxsi heyətin ruh yüksəkliyi, möhkəm iradəsi, vətənpərvərliyi və peşəkarlığı ilə ölçülür. “Hərbi təlimlərdən çıxan nəticə budur ki, Azərbaycan və Türkiyə Ordusu peşəkar olduğu qədər də vətənpərvərdir. Şəxsi heyətlərimiz ən yüksək mənəvi keyfiyyətlərə malikdirlər. Bu, bizim ən böyük nailiyyətimizdir”.
Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvandakı ordu və birləşmələri Ordumuzun ən güclü istinadlarındandır

Vaqif Abdullayev bildirib ki, Naxçıvan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, inkişaf etməsində mühüm yeri və rolu olan doğma yurdumuzdur:

"Ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın siyasi həyatında möhtəşəm bir mərhələnin başlanğıcını olmuşdur. Məhz Onun qətiyyəti və əzmkarlığı sayəsində Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların yüz faiz muxtar respublikada saxlanılması təmin olunmuş, Müstəqil Azərbaycan Ordusunun əsası qoyulmuşdur. Azərbaycan tarixinin şərəf və qürur salnaməsi olan 1992-ci il noyabrın 21-də Naxçıvanda Ulu öndər tərəfindən Yeni Azərbaycan Partiyasının əsası qoyulması ilə müstəqli Azərbaycanın milli dövlətçiliyin bərpası istiqamətində həlledici mərhələ başlanmışdır. Ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan 90-cı illərin əvvəllərində hakimiyyətə gəlmiş yarıtmaz və səriştəsiz insanların idarəçiliyi sayəsində müstəqilliyini yenidən itirmək, parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalanda Azərbaycanın nicat və imid işığı Naxçıvandan gəlmişdi. Naxçıvandan başlayan Yol milli dövlətçiliyimizin qorunub saxlanması və inkişafını təmin etmişdir. Dövlətin müstəqilliyinin daimiliyi, dönməzliyi onun Ordusunun Qüdrətindən asılıdır. Milli Qurtuluş Günündən başlanan sabitlik və həyata keçirilən islahatlar Azərbaycan Ordusunu qüdrətlənməsində əsas təməl sütunlardan biri olub".

Hakim partiya rəsmisi qeyd edib ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvandakı ordu və birləşmələri Ordumuzun ən güclü istinadlarındandır:

"Ümummilli lider Heydər Əliyevin memarı olduğu Güclü Azərbaycan Ordusu Naxçıvanda tarix yazır, 26 il əvvəl olduğu kimi Azərbaycanın suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün möhkəmlənməsinə töhfəsini verir. Naxçıvan Muxtar Respublikası öz iqtisadi-siyasi, sosial-mədəni qüdrəti və həm də hərbi gücü ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında öz rəşadətini göstərə biləcək Ordumuzun ağır artelleriyası, vuran qolu, döyünən ürəyidir. Düşmən bilməlidir ki, Naxçıvanda ölkəmizin ən peşəkar Ordusu dayanıb".
Xəbəri paylaş