Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pərvanə xanımın acı həyat hekayəsi bizim diqqətimizi bir daha Azərbaycanda tibbi sığorta məsələsinə yönəldib



Newscenter.az.18.06.2019.
"Aylar öncə xəstəxanada Pərvanə Hüseynova ilə tanış olanda ağlıma da gəlmzədi ki, qısa zaman sonra bu gənc xanımın vəfatı ilə bağlı ailəsinə başsağlığı veməli olacağam... Bu sözləri yazmaq çox kədərli, çox ağır olsa da reallığı dəyişmək mümkün deyil – heç 35 yaşı tamam olmayan gənc bir insan ağır xəstəlik səbəbindən bu dünya ilə vidalaşıb..."

Newscenter.az xəbər verir ki, bu fikirlər Rusiya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədovun həmyerlimiz Pərvanə Hüseynovanın xərçəng xəstəliyindən vəfat etməsi ilə bağlı yazdığı başsağlığı mesajında yer alıb. RAİ prezidenti qeyd edib ki, Pərvanə xanım qan xərçənginə tutulmuşdu, uzun, ağır müalicə almalı idi: "Özü sağalacağına inanmırdı... Ancaq mən ona yaşaması üçün əlimdən gələni edəcəyimə söz vemişdim. Rəhbərlik etdiyim Dünya Azərbaycanlıları Mədəniyyət Fondu Pərvanə xanımın müalicə xərclərinü üzərinə götürmüşdü və biz inanırdıq ki, müasir tibb onu xəstəliyin cəngindən xilas edə biləcək. Son ana qədər onun yaşaması üçün mübarizə apardıq. Ancaq gücümüz onun ömrünü bir neçə ay uzatmağa yetdi və Pərvanə xanım ötən gün gözlərini bu dünyaya əbədi olaraq yumdu".

Fizuli Məmmədov qeyd edib ki, Pərvanə xanımın acı həyat hekayəsi bizim diqqətimizi bir daha Azərbaycanda tibbi sığorta məsələsinə yönəldib:

"Onkoloji xəstəliklərlə mübarizəyə hər il milyardlarla dollar vəsait ayrılsa da, hələlik tibb onun çarəsini tapmayıb. Bu səbəbdən hər il dünyada bu xəstəlik üzündən yüz minlərlə insan vəfat edir. Keçmiş Sovetlər Birliyi ölkələrinin statistikası da qorxuncdur. Rəsmi statislika təkcə Rusiyada onkoloji xəstələrin sayının son 10 ildə 40 faiz artdığını göstərir".

RAİ prezidenti bildirib ki, Azərbaycanda da bu xəstəlik az qala epidemiya halına gəlməkdədir:

"Həkimlərin fikrincə, onkoloji xəstəliklərin çoxlmasına ətraf mühitin çirklənməsi, iqlim dəyişikliyi, sosial problemlər kimi bir çox faktorlarlar təsir edir ki, onların aradan qaldırılması dövlətin üzərinə düşən vəzifələrdir. Azərbaycanda onkoloji xəstələrə dövlətə qayğısı var, ancaq bu yetərli səviyyədə deyil. Düşünürəm ki, dövlət öz vətəndaşlarını bu ağır xəstəliklə baş-başa qoymamalı, təcili olaraq uzun illərdir müzakirəsi aparılan tibbi sığorta məsələsini həll etməlidir. Əgər biz öz vətəndaşlarımızın sağlamlığının keşiyində dayanmasaq Pərvanə Hüseynova kimi itkilərimizin sayı durmadan artacaq.

Pərvanə xanımın ailəsinə, bütün əzizlərinə dərin kədərlə başsağlığı verirəm, onlara uca Allahdan səbr diləyirəm. Bəlkə də zamanında müdaxilə olsaydı, biz, onun ömrünü daha bir neçə il uzada bilərdik..."
İnqilab Süleymanov
Xəbəri paylaş