Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib



Newscenter.az.25.06.2019. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlarla maarifləndirici görüş keçirib.

Newscenter.az-a AQTA-dan bildirilib ki, görüşdə heyvanların saxlanılması və yetişdirilməsi ilə məşğul olan heyvandarlıq təsərrüfatlarının rəhbərlərinə Agentliyin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Təhlükəsizlik qaydalarına uyğun heyvan mənşəli qida məhsullarının əldə olunması üçün qida zəncirinin ilkin istehsal mərhələsində fəaliyyət göstərən təsərrüfat subyektlərinin rolunun önəmi barədə geniş müzakirə aparılıb. Eyni zamanda sahibkarlara heyvan yetişdirilməsi, heyvan mənşəli məhsulların istehsalı, emalı, daşınması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq (baytarlıq-sanitariya) tələbləri üzrə vəzifələri izah edilib.

Tədbirdə təsərrüfat sahiblərinə heyvandarlıq obyektlərinin baytarlıq-sanitariya tələblərinə uyğun vəziyyətdə saxlanılmasını, heyvan xəstəliklərinin qarşısının alınması üçün qanunvericiliklə müəyyən edilmiş qaydalara əməl etməklə baytarlıq və inzibati təsərrüfat tədbirlərinin həyata keçirilməsini özündə əks etdirən təlimatlar təqdim edilib.

Görüşdə eyni zamanda sahibkarları maraqlandıran suallar cavablandırılıb və onların problemlərinin həlli istiqamətində fikir mübadiləsi aparılıb.
Orxan
Xəbəri paylaş