Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Rusiya ilə bağlı səsvermədə düzgün seçim edib?



Newscenter.az.28.06.2019. Rusiyanın AŞPA-ya qayıtması üçün səsverməyə çıxarılan qətnaməyə Azərbaycanın səs verməsi hesab edirəm ki, düzgün siyasi seçimdi.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, əgər, AŞPA Rusiyanın quruma qayıtmasını qəbul edirsə, bu istiqamətdə hazılıq işləri aparıbsa, Azərbaycanın bunun əleyhinə getməsi şimaldan ölkəmizə qarşı ciddi təzyiqlərə səbəb olardı:

“Həmçinin Moskva ilə Qarabağ məsələsi çıxmaq şərti ilə, bir sıra istiqamətlərdə qarşlıqlı əməkdaşlıq platforması var. AŞPA və Rusiyanın razılşamasına biz niyə əleyhinə getməliyik?”.

Politoloq deyir ki, Gürcstanın buna getməsi aydındır: “Ermənistanın bəzi depudatlarının da bu qətnamənin əleyhinə səs verməsi əsasən bu iki ölkədə anti-Rusiya siyaəti ilə bağlıdır. Azərbaycanın mövcud siyasətində anti-Rusiya fəaliyyəti yoxdur. Ona görə də həssas bir dönəmdə əlavə problemlərin olması milli maraqlarımıza uyğun deyil”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, AŞPA məhz Krımı işğal etdiyi üçün Rusiyanı qrumdan uzaqlaşdırmışdı:

“İlk növbədə AŞPA Rusiyanı quruma qaytarmamlı idi. Bu, AŞPA-nın öz problemidir və Avropanın təhlükəsizliyinə özləri cavabdehdir. Qeyd edim ki, 2001-ci ildə AŞPA işğalçı Ermənistanı ölkəmizlə birgə qruma qəbul edib. Onda gərək, Azərbaycan Ermənistanın quruma daxil olduğuna görə onu tərk etməli idi? AŞPA siyasi dialoq mərkəzidi və buradakı tribunamızdan həm Rusiyanın, həm də Ermənistanın regionda deastiblizasiya və militarist siyasətini tənqid etməliyik. Ukraynın qrumu tərk etməsi də anlaşılandır və Ukrayna sərt şəkildə buna etiraz etməlidir. Azərbaycan Ukrayanın ərazi bütövlüyünü tanıyır və Krımın tezliklə Ukraynın tərkibinə qatılmasından yanadır”.
Xəbəri paylaş