Newscenter.az.28.06.2019. Təhsil naziri Ceyhun Bayramov Şəki şəhərindəki Heydər Əliyev Muzeyində Şəki, Oğuz və Qəbələ rayon sakinlərini qəbul edir. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edirlər.
Newscenter.az nazirliyə istinadən xəbər verir ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilir.
R.Mehdiyeva