Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ceyhun Əliyevin Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları Mədəniyyət Fonduna heç bir bağlılığı yoxdur



Newscenter.az.29.06.2019.
Ehtiyatda olan hərbiçi, polkovnik-leytenant Ceyhun Əliyevin özünü Dünya Azərbaycanlıları Platformasının Rusiya nümayəndəliyinin rəhbəri elan etməsi bu ölkədə fəaliyyət göstərən diaspora təşkilatları tərəfindən heç də birmənalı qarşılanmayıb. Dünya Azərbaycanlıları İttifaqı, Dünya Azərbaycanlıları Mədəniyyət Fondu və Rusiyanın Azərbaycanlıları İttifaqının mətbuat xidməti sözügedən məsələ ilə bağlı birgə bəyanat yayıb.

Newscenter.az-a daxil olan bəyanatda qeyd edilib ki, Ceyhun Əliyevin Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları Mədəniyyət Fonduna heç bir aidiyyatı yoxdur. Bildirilib ki, Ceyhun Əliyev yalnız "Dünya Azərbaycan Mədəniyyət Fondunun" vitse-prezidenti vəzifəsində çalışıb və bu il iyunun 13-də vəzifədən azad edilib.

Bəyanatda o da qeyd edilir ki, Ceyhun Əliyevin Rusiya Federasiyasının vətəndaşlığı olmadığı halda, onun Rusiya ərazisində fəaliyyət göstərən bir ictimai təşkilatın fəaliyyətində də iştirak etmək hüququ yoxdur,

Buna görə Dünya Azərbaycanlıları İttifaqı, Dünya Azərbaycan Mədəniyyət Fondu və Rusiya Azərbaycanlıları İttifaqı onların adlarından istifadə etməyi qadağan edirlər.
Xəbəri paylaş