Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

5 iyul Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması günüdür



Newscenter.az.5.07.2019.
İyulun 5-i Diasporla İş üzrə Dövlət Komitəsinin yaranma günüdür. Bu münasibətlə Komitənin rəhbərliyi və əməkdaşları Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Komitənin kollektivi və diaspor nümayəndələri Ulu öndərin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.

Newscenter.az-a DİDK-dən bildirilib ki, daha sonra Diasporla İş üzrə Dövlət Komitəsində millət vəkilləri Məlahət İbrahimqızı, Asim Mollazadə, Ülvi Quliyev, Şahin İsmayılov, Adil Əlievin, ABŞ, Almaniya, İtaliya, Kanada, Rusiya, Ukrayna, Yunanıstan, Fransa, Türkiyə və bəzi başqa ölkələrdəki diaspor təşkilatlarını təmsil edən soydaşlarımızın, eləcə də Diaspor Könüllülərinin iştirakı ilə tədbir təşkil edilib.

Komitə sədri Fuad Muradov çıxış edərək bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsi müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli lider Heydər Əliyevin 5 iyul 2002-ci il tarixli Fərmanı ilə yaradılmış “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi”nin varisidir. Komitə sədri bildirib ki: “Əsas hədəf dünyada yaşayan azərbasycanlıların birliyinə nail olmaq, soydaşlarımızın birgə fəaliyyətini təmin etmək, Dünya Azərbaycanlıları Şəbəkəsinin formalaşmasına nail olmaq, Azərbaycan həqiqətlərini, milli-mədəni dəyərləri təbliğ etmək, diaspor fəaliyyətindən lobbiçiliyə keçidi təmin etməkdir. Bütün bu işlərə dəstək məqsədilə möhtərəm cənab Prezidentin 06 iyul 2018-ci il tarixli Fərmanı ilə Komitənin tabeliyində “Azərbaycan Diasporuna Dəstək” Fondu yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə milli-mədəni dəyərlərimizin təbliği, xaricdə yaşayan soydaşlarımız arasında azərbaycançılıq ideologiyasının daha geniş yayılması, Azərbaycan həqiqətlərinin genişmiqyaslı tanıdılması, Azərbaycan dilinin qorunması və təbliği istiqamətində davamlı işlər görülür. Xaricdə Azərbaycan evləri, İnteqrasiya mərkəzləri, Azərbaycan dili məktəbləri yaradılaraq soydaşlarımızın istifadəsinə verilir. Heydər Əliyev fonrunun dəstəyi və hörmətli Mehriban xanımın təşəbbüsü ilə yaradılan Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi, Fransanın Nant şəhərində yaradılan “Qarabağ” Azərbaycan məktəbi qeyd edilənlərin bariz nümunəsidir. Məhz, Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə “Xocalıya ədalət” kompaniyası bütün dünyaya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri bəyan edir. Möhtərəm cənab Prezidentin “Mən hər bir azərbaycanlının prezidenti olacağam” ifadəsinə söykənərək xaricdə yaşayan hər bir soydaşımızın yanında olmağa, onun arxasında güclü, qüdrətli Azərbaycan dövlətinin dayandığını ifadə etməyə çalışırıq”.

Tədbirdə millət vəkilləri,diaspor nümayəndələri və digər qonaqlar qısa zamanda görülən işləri müsbət dəyərləndirib və bu çətin işdə Komitənin kollektivinə uğurlar arzulayıblar.

YAP Nəsimi Rayon Təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı qeyd edib ki, Azərbaycan tarixinin hər bir səhifəsində, o cümlədən diaspor siyasəti tarixində Ulu Öndər Heydər Əliyevin imzası var və bu gün də böyük tarixi şəxsiyyətin siyasəti uğurla davam etdirilir.

Millət vəkilləri Ülvu Quliyev, Asim Mollazadə, Adil Əliyev Komitənin fəaliyyəti, Azərbaycan diasporu ilə bağlı qənaətlərini bölüşüb, Ümummilli lider Heydər Əliyevin diaspor siyasətilə bağlı tarixi qərarlarından və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə diqqət və qayğısıdan danışıblar.

Sonda Diasporla İş üzrə Dövlət Komitəsinin bir qrup əməkdaşı mükafatlandırılıb.
Xəbəri paylaş