Newscenter.az.5.07.2019. Gənclər və idman naziri Azad Rəhimov Quba rayonunda Quba, Qusar rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin mətbuat katibliyindən Newscenter.az-a bildirilib ki, qəbulda 14 nəfər vətəndaş iştirak edib.
Vətəndaşların etdikləri müraciətlər sırasında “Gənclər evi”nin fəaliyyəti, Olimpiya İdman Komplekslərinin, eyni zamanda digər idman qurğularının tikintisi və təmiri, idman avadanlıqlarının verilməsi, işlə təminat, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi və s mövzular olub.
Müraciətlərin bir qismi yerindəcə həll edilmiş, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin qeydə alınaraq, aidiyyəti üzrə göndəriləcəyi bildirilmiş, bir qismi isə baxılması üçün icraya yönəldilmişdir.