Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənubi Qafqazda Qərb-Şimal geosiyasi rəqabəti



Newscenter.az.6.07.2019. Cənubi Qafqazda hazırda Gürcüstan və Ermənistanda Qərb-Şimal geosiyasi rəqabəti gedir. Bu mübarizəyə Pol Qoblun statina uyğun şərh vermək məqsədəuyğun olar. Qobl Ermənistanı alət, Gürcüstanı isə yol adlandırır. Azərbaycana isə nemət deyir. Azərbaycana sonra gələcəm, hazırda əsas məsələ Gürcüstan və Ermənistandır. Bu iki ölkədə ciddi keyfiyyət dəyişiklikləri gedir. Rusiya, yol olan Gürcüstanı, Qərb isə alət olan Ermənistanı ələ keçirməyə çalışır. Bu cür dəyişim özünü Gürcüstanda rus yönümlülərin, Ermənistanda isə Qərbyönümlülərin artmasında göstərir.

Qərb Cənubi Qafqaz regionunda Moskva ilə açıq konfrantasiyaya gedəcək şəxslərin hakimiyyətdə təmsil olunmasına maraqlı deyil. Gürcüstanda, İvanaşvili Saakaşvilidən fərqli olaraq Moskva ilə konfrantasiyaya getmədi. Burada İvanaşvilinin Moskvada iş adamı kimi yetişməsinin də mühüm təsiri və rolu var. Hazırda 5,6 mld dollar varidata malik Gürcüstanın boz kardinalı, Rusiya bazarından imtina etmədi. Boz kardinal bu bazarı əldə saxlamaq və Rusiya ilə ticarət əlaqələri ilə faydalanaraq Avro-Atlantik inteqrasiyaya davam edirdi. Təbii ki bu da daxildə toplumun etirazına tuş gəlməmək üçün idi. Hər nə qədər İvanaşvili Rusiya ilə əlaqələrdən imtina etmək istəməsə də, Avrointeqrasiyadan geri çəkilə bilməzdi, bu mümkün deyildi, Gürcüstanın geri dönüşü yox idi. Gürcüstanın, Rusiya ilə artan ticarət əlaqələri, bu ölkədə avroskeptiklərin genişlənməsi, panprovaslanizmin artan trendi, Rusiya üçün böyük avantaj idi.

Regionun digər dövləti olan Ermənistanda, Rusiya olduqca güclüdür və Moskvanın təsir dairəsindən Ermənistanı çıxartmaq elədə asan deyil. Üstəlik Qarabağın iplərinin Kremldə olmasını nəzərə alsaq, Ermənistanın və Ermənistanı Rusiyanın orbitindən çıxartmaq istəyənlərin işi heçdə asan deyil. Paşinyana gəldikdə o Terpetrosyanın səhvini edib, Bakı ilə birbaşa dialoqa meyl etmək istəmir, istəsədə buna gedə bilməz. İndi ona qarşı güclü təzyiq olduğu dövrdə o çalışır ki, Qarabağı danışıqlar masasına cəlb etsin və bununla Qarabağı müstəqil formatda göstərsin, bununla Ermənistan siyasətində Qarabağ faktorunu zəiflətsin, eləcə də Qarabağın müstəqil görüntüsü ilə daxildə ultra cəmiyyətin etirazları qarşısında xüsusilə Qarabağ klanının təzyiqləri qarşılığında tab gətirsin.

Regionda dövlətlər uğrunda açıq mübarizə risklidir. Xüsusilə Qərb və ya digər aktorlar bu regionda Rusiya faktoru ilə hesablaşırlar. İqtisadi cəhətdən şimal qonşumuz zəif olsa da, hərbi cəhətdən güclüdür, əlavə olaraq bu regionu çox yaxşı tanıyır və yaxındı. Bu baxımdan mərhələli və ehtiyatlı siyasət gedir.

Gürcüstanda son baş verənlərin digər bir səbəbi Anakliya limanın inşasıdır. Bu liman Qara dəniz sahilində inşa edilməlidir. Lahiyənin kapital dəyəri 2,5 mld dollar təşkil edir. Bu lahiyə Gürcüstan İnvestisiya qrupu, Gürcüstan pan avropaçıları habelə ABŞ və İngiltərə tərəfindən dəstəklənir. Hətta lahiyə üzrə tenderi Amerikalılar qazanmışdı. Son dövrlər bu lahiyə ilə Çin investorları da aktiv maraqlanırlar. Bu lahiyənin əsas donoru İvanaşvili ilə vaxtilə ittifaqda olan ölkənin digər oliqarxı Mamuko Xazaradzedir. O TBC bankının sədri, həmçinin Amerikada səhmlərə malik oliqarxdi. Ona qarşı ciddi ittihamlar var. Bununda əsas səbəbi İvanaşvilinin ölkəni monooliqarxik sistemdə idarə etmək arzusu və polioliqarxik sistemə transformasiyanın qarşısını almaqdır. Bu lahiyənin digər iki mühüm məqsədi var. İvanaşvili bu lahiyəni daha çox iqtisadi aspektdən istifadə etmək istəyir. Lakin ABŞ-ın bu limanda baza açmaq kimi niyyətlərinin olduğu guman edilir. Təbii ki, Rusiya Vaşinqtonun Qara dənizdə baza açmasına əsla razı olmuyacaq. Buna görə də kilsə, özünə yaxın qrup və hərəkətlar vasitəsilə bu prosesə mane olmağa çalışır. NATO baş katibi Stoltenberqin, Gürcüstanın NATO-ya üzvlükdə Gürcü rəsmilərinin qətiyyətindən də aslı olduğu fikri alyansın məhz bu faktorlara işarə etdiyini göstərir. Zurabaşvili də bundan əvvəl ABŞ-ın baza açmasının indi lazım olmadığını qeyd etmişdi.
Bütün bu proseslərdə Azərbaycan hardadır?

Qara dənizdə NATO və onun lideri ABŞ-ın güclənməsi Azərbaycanın maraqları çərçivəsindədir. Belə olan halda, Qara dənizdə Rusiyanın gücünə qarşı balans yaranacaq. Qara dəniz hövzəsi, Cənubi Qafqazın Qərblə kommunikasiyasi və regionda Rusiyanın gücünün balanslaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Buna görə Bakı hələlik bu prosesləri arxadan izləyir. Təbii ki, Gürcüstan-Rusiya gərginliyi və Tbilisinin şimaldan uzaqlaşması bizim maraqlarımıza uyğundur. Anakliya limanına gəldikdə bu limanda digər bir məsələ LNG terminalının tikintisidir. Bu amilin gecikməsi də bizim üçün müsbət xəbərdi. Çünki bu terminalla Gürcüstan Azərbaycandan enerji aslılığını azaltmaq istəyir. Limanın gecikməsi və terminalın inşasında problemlər bizim üçün zaman tanıyır. Azərbaycan Poti limanının dominant qalmasına daha çox çalışmalıdır.

Kamran Sultanlı, müstəqil ekspert
Xəbəri paylaş