Newscenter.az.8.07.2019. Azərbaycan Ordusunun nümayəndələri Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Münaqişələrin idarə olunması kursu”nda iştirak edirlər.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb. Nazirlikdən bildirilib ki, həmçinin Rumıniyanın Buxarest şəhərində “Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının Vahid Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində fövqəladə hallar zamanı yardım kursu” da keçirilir ki, Azərbaycan Odusunun nümayəndələri həmin təbdilrərə də qatılırlar.