Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Taxıl sahələrinin 88,3%-də biçin başa çatıb



Newscenter.az.8.07.2019
. Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.

Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, iyulun 8-nə olan operativ məlumata görə, ölkə ərazisində 897169 hektar ərazidə taxıl biçini aparılıb, 331909hektar ərazidə arpa, 565260hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2847162,4 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,7 sentner təşkil edir.

Ağdam, Bərdə, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Göyçay, Neftçala, Ağcabədi və Balakəndətaxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər, Füzuli rayonlarında taxıl biçini başa çatmaq üzrədir. İsmayıllıərazisində arpa əkilmiş 6173 hektar sahənin 6027 hektarı artıq biçilib, buğda əkilmiş 23200 hektar sahənin 21593 hektarı artıq biçilib. Rayonda arpaməhsuldarlıq 31,7 s/ha, buğda üzrə məhsuldarlıq 37,7 s/ha təşkil edir.Kürdəmirərazisində arpa əkilmiş 29926 hektar sahə artıq biçilib, buğda əkilmiş 18120 hektar sahənin 18093 hektarı artıq biçilib.Rayonda arpaməhsuldarlıq 33,3 s/ha, buğda üzrə məhsuldarlıq 34,5 s/ha təşkil edir.Ağdaş, Beyləqan, Tərtər, Qəbələ və Qaxrayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib
Orxan
Xəbəri paylaş